Ölkə ərazisində son sutka ərzində 28 cinayətin üstü açılıb. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 26-da qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Həmçinin axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.