EN

İran bu ölkələrdən BMT-yə şikayət edib

 İran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər və Küveyti ABŞ və İsrailin öz torpaqlarından və hava məkanlarından hücumlar üçün istifadə etməsinə icazə verdiklərinə görə tənqid edib.

Ölkə.az xəbər verir ki,  İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani bununla əlaqədar olaraq  BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Küveytlə bağlı BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ayrıca  şikayət məktuburı göndərib.

Məktublarda bildirilir ki, İran Silahlı Qüvvələrinin monitorinqi və qiymətləndirmələrinə əsasən, ABŞ və İsrailin qanunsuz hərbi əməliyyatlar üçün BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Küveytin quru və hava məkanından istifadə etməyə davam etdiyi müəyyən edilib.
Bu ölkələrdən gələn hücumlarla bağlı sənədə əlavə edilən məktublarda, bu ölkələrdən mehriban qonşuluq prinsipinə riayət etmələri və ərazilərinin İrana qarşı istifadəsinin qarşısını almaları istənilib.

Məktublarda bildirilirdi ki, qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşaraq, İran öz suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üçün özünümüdafiə hüququ da daxil olmaqla bütün tədbirləri görmək hüququnu özündə saxlayır.

Mürtəza

Chosen
17
2
olke.az

5Sources