ain.az, Milli.az saytına istinadən bildirir.
Daxili İşlər Nazirliyinin əməkdaşları martın 26-da Bakı və ayrı-ayrı rayonlarda 8 avtomat silahı, 2 pulemyot, 1 tapança, 6 qumbara, 6 alışdırıcı, 15 tüfəng, 29 patron darağı və 1813 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Həmçinin qeyd olunub ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.