EN

İsrailin Livandakı hücumları nəticəsində ölənlərin SAYI

Son 24 saat ərzində İsrailin Livana endirdiyi zərbələr nəticəsində daha 22 nəfər ölüb, 110 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Livan Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumat yayıb.

Bununla da İsrail və Hizbullah arasında münaqişə nəticəsində martın 2-dən bəri Livanda ölənlərin sayı 1116-ya çatıb. Qurbanlar arasında 121 uşaq və 83 qadın olub. Yaralananların ümumi sayı 3229 nəfərə çatıb. 1 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Aminə ŞAHSUVARQIZI

Chosen
19
redaktor.az

1Sources