Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qusar mətbəxinə səyahət etmək istəyən hər kəs üçün “Xıdır” restoranı artıq bir simvola çevrilib. Burada həm Azərbaycan, həm də Ləzgi mətbəxinin ən dadlı təamları təqdim olunur, hər yemək diqqətlə hazırlanır və müştərilərə səmimi qonaqpərvərliklə təqdim edilir. Restoranın interyeri və dekorasiyasında Qusarın tarixi, qədim məişət əşyaları və əl işləri ilə bəzədilmiş guşələr, həmçinin sahibkarın öz dizayn toxunuşları müşahidə olunur, bu isə məkanı sadəcə yemək yeri deyil, həm də mədəniyyət və estetik zövq məkanı halına gətirir.Maraqlıdır ki, bu məşhur restoranın adı təsadüfən seçilməyib – o, birbaşa sahibinin, Xıdır Zeynalovun adını daşıyır. Bu ad yalnız bir şəxsiyyətin simvolu deyil, həm də onun uzun illər ərzində yaratdığı zəhmətin və ticarətə olan sənətkar baxışının nişanəsidir. Kiçik bir çayxanadan başlayaraq, illər ərzində restoran şəbəkəsinə çevrilən “Xıdır” insanlara xidmət sevgisinin canlı təcəssümüdür. Burada hər kəs sadəcə yemək yemir, tarix, zəhmət və mədəniyyət bir masa arxasında birləşir. Bir sözlə hər ziyarətçi bu füsunkar atmosferin bir hissəsinə çevrilir.
Bu gün artıq 23 ildir ki, “Xıdır” restoranı rəsmi olaraq fəaliyyət göstərir və illər keçdikcə onun müştərilərinin sayı durmadan artır. Təkcə Qusar sakinləri deyil, ölkənin müxtəlif bölgələrindən gələn qonaqlar və turistlər də bu məkanı seçirlər.
Restoranın qonaqları arasında tanınmış şəxslər də az olmayıb. Sahibkarın sözlərinə görə, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də tez-tez bu məkana baş çəkir. Maraqlısı isə odur ki, Xıdır Zeynalov səfirlə bəzən gürcü dilində söhbət edir.Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.