“Bir nömrə olmaq istəyirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Sport.pl" nəşrinə müsahibəsində deyib.
Qolkiper bildirib ki, ABŞ-nin MLS Liqasına transfer imkanını rədd edib: “Avrokuboklarda oynamaq istəyirəm. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm. Qərarıma bir neçə məsələ təsir edəcək. Arzum İngiltərə Premyer Liqasıdır. Ancaq ehtiyat qapıçı olacağım komandaya getməyəcəyəm”.
Qeyd edək ki, 25 yaşlı Koxalski 2024-cü ildən "Qarabağ"ın heyətində çıxış edir.