Bakı, 27 mart, AZƏRTAC
FIFA Türkiyənin "Kayserispor" klubuna qarşı sanksiya tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. FIFA-nın qərarına əsasən, Superliqa təmsilçisi 3 transfer dövründə heyətinə futbolçu cəlb edə bilməyəcək.
Müxbir - Cavid Əliyev