EN

O, heç vaxt unudulmayacaq - Rəşad Baxşəliyevin xatirəsinə » AzadMedia.az



Bəzən həyat ən güclü insanları belə sınağa çəkir…


48 yaşında aramızdan ayrılan Rəşad Baxşəliyev …
Vətən müharibəsinin cəsur iştirakçısı, "Azərbaycan" qəzetində sözün məsuliyyətini daşıyan bir şöbə müdiri, qəlbi təmiz, "Tərəqqi " və "Qubadlının azadlığı uğrunda "medalları ilə təltif edilmiş cəsur jurnalist…
O, torpaqlarımızın azadlığı uğrunda döyüşdü. 44 günlük Vətən müharibəsində düşmən gülləsindən qorxmadan keçdi, həyatın ən çətin sınaqlarından alnıaçıq çıxdı. Amma bu dəfə qarşısında dayanan amansız xəstəlik oldu… və onu bizdən aldı.
Rəşad təkcə bir döyüşçü deyildi.
O, gözəl insan idi.
Sadiq dost idi.
Qürur duyulan bir ata idi…
Onun yoxluğu ağırdır.
Sözlər təsəlli vermir, sadəcə xatirələr danışır…
Ruhu şad olsun.
Unudulmayacaq…

Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist

Chosen
12
1
azadmedia.az

2Sources