EN

Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasını videokonfrans vasitəsilə AÇACAQ

Rusiya prezidenti Vladimir Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasını videokonfrans vasitəsilə açacaq.

Redaktor.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dərin köklü teatr ənənəsi, təkcə bütün rusiyalılara deyil, həm də bütün dünyada yaxşı tanınır.

Kremlin sözçüsü bu gün Rusiya Prezidentinin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən qurulmuş binasının açılışında videokonfrans vasitəsilə iştirak edəcəyini söyləyib.

Peskov bu tarixi teatrın köklərin 19-cu əsrə gedib çıxdığını bildirib: "Vaxtilə Azərbaycan ziyalılarının nümayəndələri Dərbənddə bir türk dərnəyi yaratmışdılar ki, bu da sonradan Azərbaycan teatrına çevrilmişdi. Yeri gəlmişkən, bu gün Azərbaycandan gələn qonaqlar bu mühüm mədəni məkanın açılışını qeyd etmək üçün Dərbənddə olacaqlar".

Chosen
13
14
redaktor.az

10Sources