EN

Putin Dərbənddə Azərbaycan teatrının açılışını edəcək

Rusiya Prezidenti Vladimir Putin martın 27-də - Teatr Günü münasibətilə Dərbənddə yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən qurulmuş binasının açılışını edəcək.

Trend xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.

Bildirilib ki, açılış günü münasibətilə Dərbəndə Azərbaycandan da qonaqlar gələcək.

Qeyd edək ki, teatrın yenidən qurulması 2025-ci ilin dekabr ayının sonunda başa çatıb. Binada 272 yerlik müasir tamaşa zalı yaradılıb, qrim otaqları, xidmət və texniki sahələr yenilənib. Teatr həmçinin müasir işıq və səs avadanlıqları ilə təchiz olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
14
olaylar.az

10Sources