EN

“Ukrayna möhkəm dayanır, Rusiya qalib gəlmir” - Avropadan vacib bəyanat

Avropa ölkələri, ABŞ-ın resurslarını İranla münaqişəyə yönəltməsinə baxmayaraq, Ukraynaya hərbi dəstəyi davam etdirir.

Publika.az "European Pravda" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Fransalı nazir ABŞ-ın İrandakı müharibə ilə bağlı resurslarını “müəyyən dərəcədə səfərbər etdiyini” təsdiqləyib.

Onun sözlərinə görə, Fransa da daxil olmaqla digər ölkələr də Yaxın Şərqdəki maraqlarını qorumaq üçün hərbi imkanlarını işə salıblar.

“Avropa ölkələri səfərbər olunub. Artıq dörd ildən çoxdur ki, bizə dəfələrlə tədarükün kəsiləcəyi və fəlakətin yaxınlaşdığı deyilir. Lakin bu baş vermədi”, - deyə Barro vurğulayıb.

Chosen
16
publika.az

1Sources