Beş gündür ki, "Başakşehir"in düşərgəsindəyəm. Həm əsas komandanın məşqlərində, həm də akademiyada oldum. Sağ olsunlar, şərait yaratdılar".
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycanın 1-ci Liqa təmsilçisi "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
İstanbul təmsilçisinin çalışdırıcısı Nuri Şahinlə görüşən, ona və klub rəsminə Azərbaycandan apardığı xüsusi hədiyyələri təqdim edən Məmmədov Türkiyədəki sonrakı planını da açlqlayıb: "Buradan "Beşiktaş"ın akademiyasına da gedəcəm. Planım belədir. Məşqçi işi elədir ki, hər yaşda yeni nəsə öyrənməli, təcrübə toplamalısan".
Toğrul