EN

78 yaşlı Hocson bu klubu çalışdıracaq

style='margin-bottom:10px;'>

İngiltərəli tanınmış məşqçi Roy Hocsonun yeni iş yeri məlum olub.

QOl.az xəbər verir ki, 78 yaşlı mütəxəssis Çempionşipdə çalışacaq.

"Bristol Siti"  Hocsonun təyinatını açıqlayıb. İngiltərə millisinin sabiq baş məşqçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Roy Hocson son olaraq "Kristal Pelas"da çalışıb. O, 2024-cü ilin fevral ayında London təmsilçisindən ayrılıb. Hocson 2012-2016-cı illərdə İngiltərə millisinə rəhbərlik edib. Təcrübəli mütəxəssis "İnter", "Udineze", "Liverpul", "Kopenhagen", "Fulhem", "Uotford" və Finlandiya millisini də çalışdrıb.

Chosen
76
1
teleqraf.com

4Sources