Çin, ABŞ-nin tarifləri yeni hüquqi əsaslara uyğunlaşdırmaq üçün başladığı tədqiqatlara cavab olaraq, bunların ədalətsiz ticarət maneəsi yaratdığını əsas gətirərək araşdırma başladıb.
"Cebheinfo.az" xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasında bildirilib ki, ABŞ-nin “artıq istehsal gücü” və “məcburi əmək” səbəbi ilə başladığı araşdırmalara qarşı, Çin Xarici Ticarət Qanunu və Xarici Ticarət Maneələrinin Araşdırılması Qaydalarına uyğun olaraq “ticarət maneəsi” araşdırması başladılıb.
Açıqlamada ABŞ-nin tətbiq etdiyi tədbirlərin ədalətsiz olduğu, qlobal təchizat zəncirlərini poza biləcəyi və yaşıl enerji məhsullarının ticarətinə mənfi təsir göstərəcəyi vurğulanıb.
Çin tərəfi müvafiq sənaye sahələrinin maraqlarını qətiyyətlə qoruyacağını bəyan edib.Xatırladaq ki, ABŞ Ali Məhkəməsi 20 fevral tarixində ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən tariflərin hüquqi əsası olan Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktının (IEEPA) Prezidentə tarif tətbiq etmək səlahiyyəti vermədiyinə qərar vermişdi.