EN

Daş dövrünün yeni sirri üzə çıxdı

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Yeni araşdırmaya görə, Avropanın müxtəlif bölgələrində tapılan minilliklərə aid çömçək qalıqları (Qədim insanların istifadə etdiyi “qab") qədim icmaların əvvəllər düşünüləndən daha zəngin və müxtəlif qidalanma mədəniyyətinə malik olduğunu göstərir.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, onlar yalnız sadə yeməklərlə kifayətlənməyib, həm bitki, həm də heyvan mənşəli məhsullardan istifadə edərək mürəkkəb yeməklər hazırlayıblar.

Belə ki, arxeoloqlar uzun müddətdir ki, çömçəklərin üzərində qalan yağ izlərini analiz edərək qədim insanların qidalanma vərdişlərini öyrənməyə çalışırdılar. Lakin bu üsul əsasən ət mənşəli qidalar haqqında məlumat verirdi.

Yeni tədqiqatda isə alimlər fərqli yanaşma tətbiq ediblər. Onlar mikroskopik analiz və kimyəvi tədqiqat metodlarını birləşdirərək qədim ovçu-toplayıcıların istehlak etdiyi bitki qalıqlarını da müəyyənləşdiriblər.

Araşdırma çərçivəsində Şimali və Şərqi Avropada yerləşən 13 arxeoloji ərazidən tapılmış, eramızdan əvvəl VI–III minilliklərə aid təxminən 60 çömçək parçası üzərində qalan üzvi qalıqlar incələnib.

Nəticələr göstərib ki, qədim insanlar yalnız balıq və ət deyil, həm də müxtəlif bitkilərdən istifadə ediblər. Tədqiqat zamanı otlar, meşə giləmeyvələri, yarpaqlar və toxumlar kimi bitki qalıqları ilə yanaşı, balıq və digər su məhsullarının izləri də aşkar edilib.

"PLOS One" jurnalında dərc olunan məqalədə qeyd olunur ki, ovçu-toplayıcı balıqçılar təkcə balıqla qidalanmayıb, müxtəlif bitkiləri emal edib istehlak ediblər.

Araşdırma həmçinin göstərir ki, çömçəklərdə aşkar olunan qida qalıqları bölgədən bölgəyə dəyişir. Bu fərqlər isə həm yerli təbii resurslarla, həm də həmin icmaların mədəni ənənələri ilə bağlıdır.

Tədqiqatda qeyd olunur ki, məsələn, Baltik bölgəsində tapılan çömçəklərdə fosilləşmiş yemək qalıqlarında tez-tez yüksək miqdarda şirin su balığı ilə birlikdə Viburnum (giləmeyvə növü) meyvələrinə rast gəlinib. Bu isə “məqsədli qida seçimi"nə işarə edir. 

Mikroskopik analizlər Litva ərazisindən əldə edilən çömçəklərdə şirin su balığının daha çox istifadə olunduğunu üzə çıxarıb. Danimarkanın cənubunda yerləşən Syltholm II bölgəsindən tapılan nümunələrdə aparılan analiz isə daha müxtəlif heyvan mənşəli məhsulların istifadə edildiyini göstərib.

Əldə olunan nəticələr göstərir ki, bitkilər və su məhsulları erkən avropalıların qidalanma sistemində mühüm yer tutub. Araşdırma zamanı məlum olub ki, yemək hazırlanarkən müxtəlif növ çömçəklərdən istifadə olunub və hər bir mədəniyyətin özünəməxsus, kifayət qədər mürəkkəb mətbəx ənənələri mövcud olub.

Xüsusilə vurğulanır ki, tarixdən əvvəlki Avropa ovçu-toplayıcıları arasında “müxtəlif qidaları fərqli üsullarla hazırlayaraq birləşdirmək” ümumi bir tendensiya təşkil edib. Qeyd olunur ki, Viburnum meyvələri çox vaxt şirin su balığı ilə birlikdə istifadə edilən yeganə bitki tərkibi kimi çıxış edib.

“Bu tədqiqat göstərir ki, qədim qidalanma sistemlərini həqiqətən anlamaq üçün fosilləşmiş yemək qalıqlarına sözün əsl mənasında daha yaxından baxmaq lazımdır” - deyə qeyd edilib. 

Ənənəvi kimyəvi analiz üsulları əsasən yeməklərin heyvan mənşəli komponentlərini ön plana çıxarırdı. Lakin mikroskopik analizlə birləşdirilmiş yeni yanaşma bu tarixöncəsi reseptləri yenidən diqqət mərkəzinə gətirib.

Əfsanə

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
cebheinfo.az

2Sources