EN

İranın Qum şəhərinə endirilən zərbələr nəticəsində həlak olanların sayı ARTIR

ABŞ və İsrailin İranın Qum şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Daha əvvəl 15 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilmişdi.

ABŞ-İsrail hərbi əməliyyatı nəticəsində ölənlərin sayı ən azı 1937 nəfərə yüksəlib. Təxminən dörd həftəlik müharibədən sonra İsraildə ölənlərin sayı 17 nəfərə çatıb. ABŞ 13 əsgərin ölümünü bildirib. Hizbullahın İsrail ərazisinə hücumları səbəbindən münaqişəyə qarışan Livanda 1100-dən çox insan ölüb. Digər Yaxın Şərq ölkələrində də itkilər var.

Aminə ŞAHSUVARQIZI

Chosen
16
redaktor.az

1Sources