EN

Putindən SON DƏQİQƏ Azərbaycan-Rusiya münasibətləri AÇIQLAMASI – VİDEO

Rusiya prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin strateji əsaslarının təkcə siyasi və iqtisadi deyil, həm də dərin mədəni köklərə söykəndiyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Putin bu fikirləri Dərbənddə yenilənmiş Azərbaycan Musiqili Dram Teatrının açılışı zamanı səsləndirib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr ortaq tarix və zəngin mədəni irs üzərində formalaşıb və bu faktor münasibətlərin davamlılığını təmin edir.

Putin vurğulayıb ki, teatr səhnələri – istər Bakı, istərsə də Dərbənd – xalqlar arasında humanitar körpü rolunu oynayır. Bu məkanlar vasitəsilə mədəniyyətlər bir-birinə daha yaxından inteqrasiya olunur, qarşılıqlı anlaşma dərinləşir.

 

Chosen
4
1
nocomment.az

2Sources