DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalında İsveç yığmasına uduzaraq (1:3) mundiala vəsiqə uğrunda mübarizəni dayandıran Ukrayna millisinin futbolçusu Vitali Mikolenko məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, müdafiəçinin sözlərini "Megogo" belə çatdırıb:
"Emisiyalar futbola baxan digər ukraynalılarınkı kimidir. Bu biabırçılığı izləyənlərə təşəkkür edirəm. Üzrxahlığa ehtiyac duyuram, amma döyüşdən sonra bu da yersiz alınar. Sadəcə sonadək baxdıqlarına və dəstəklədiklərinə görə minnətdaram.
Pley-offa yüksəlmək üçün İslandiya ilə döyüşdüyümüz oyunla müqayisə etsək, bu gün meydanda o komandanı görmədik. İzah tapa bilmirəm. Bəlkə də bizim günümüz deyildi. Belə "dişsiz" oynamaq utandırıcıdır".
İsveç pley-offun finalında Polşa yığması ilə üz-üzə gələcək. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq DÇ 11 iyun - 19 iyul aralığında, ABŞ, Kanada və Meksikada keçiriləcək.
Toğrul