EN

Azərbaycanda gips məmulatlarının istehsalı 70%-ə yaxın azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,4 min ton gips məmulatları istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,6% azdır.

İstehsal edilən gips məmulatlarının 2,9 min tonu tikinti gipslərinin payına düşüb. Dövr ərzində tikinti gipslərinin istehsalı illik müqayisədə 78,4 faiz azalıb.

Martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır gips məmulatları ehtiyatı 2,6 min ton, tikinti gipslərinin ehtiyatı isə 1,8 min ton təşkil edib.

Chosen
16
apa.az

1Sources