EN

Hikmət Hacıyev TDT ölkələri liderlərinin köməkçilərinin iclasında iştirak edib (FOTO)

Bakı. Trend:

Macarıstanın dəvəti əsasında Türk Dövlətləri Təşkilatıçərçivəsində dövlət və hökumət başçılarının köməkçilərisəviyyəsində Budapeştdə səmərəli görüş təşkil olunub.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev özünün "X" sosial şəbəkə hesabında paylaşımedib.

H.Hacıyev bildirib ki, görüş çərçivəsində TDT-nin QəbələSammitinin yekunları müzakirə olunub, eyni zamanda Azərbaycanınsədrliyi dövründə müəyyən edilmiş prioritetlər fonunda mövcudqlobal çağırışlar şəraitində təhlükəsizlik sahəsində əməkdaşlığınəhəmiyyəti xüsusi vurğulanıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin TDT-nin əvvəlkisammitlərində də vurğuladığı kimi, Türk dünyası gənc əhalipotensialı, zəngin təbii ehtiyatları, enerji imkanları və əsasnəqliyyat dəhlizlərini əhatə edən strateji coğrafi mövqeyi iləAvrasiya məkanında mühüm rol oynayır və TDT artıq önəmli geosiyasimərkəzlərdən birinə çevrilib.

Hikmət
Hikmət
Hikmət
Chosen
48
5
az.trend.az

6Sources