Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Naftalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınan hadisə zamanı “VAZ 2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Goranboy rayon Tapqaraqoyunlu kənd sakini 1963-cü il təvəllüdlü Zamir Nağıyev hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.