Meksika Kubaya humanitar yardım daşıyan iki mülki gəminin itkin düşdüyünü açıqlayıb.
Vaxt.az xəbər verir ki, Meksika Hərbi Dəniz Qüvvələri sözçüsünün bildirdiyinə görə, Isla Muxeres adasından yola çıxan və 24–25 martda Kubaya çatması gözlənilən gəmilərdən hələ xəbər alınmayıb.
Açıqlamada qeyd edilib ki, gəmilərdə müxtəlif ölkələrdən ümumilikdə 9 nəfər olub. Meksika donanması itkin gəmiləri tapmaq üçün axtarış-xilasetmə əməliyyatına başlayıb.
“Gəmi ilə hələ heç bir əlaqə qurula bilməmişik. Meksika dövləti, dənizdə insan həyatı üçün məsuliyyət çərçivəsində aid protokolları dərhal işə salıb. Sözügedən gəmi, Kubadakı iqtisadi vəziyyətin pisləşməsi və ABŞ-ın neft embarqosuna qarşı adaya humanitar yardım çatdırmaq məqsədilə təşkil olunmuşdu. Gəmilərdə 2 qadın, 6 kişi və 3 yaşlı bir qız uşağı olub", – deyə Meksika Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilir.
Açıqlamada vurğulanıb ki, Isla Muxeres ilə Havana arasındakı təxmini marşrut, mümkün marşrut dəyişiklik nöqtələri, ərazidəki meteoroloji şərait və güclü dəniz axınları nəzərə alınıb. Eyni zamanda, itkin gəmilərin tapılmasına dəstək vermələri üçün Karib dənizi və Meksika Körfəzi bölgəsində fəaliyyət göstərən ticarət, balıqçılıq və turizm gəmilərinə çağırış edilib.