EN

VAZ-la “Mercedes” toqquşdu: Sürücü hadisə yerində öldü

Naftalan şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Apa.az xəbər verir ki, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ 

Chosen
6
2
dogru.az

3Sources