EN

BMT Hörmüz boğazı üzrə İşçi Qrupun işinə neft daşınmalarını daxil etməyəcək

Neft daşınmaları Hörmüz boğazından keçən humanitar nəqliyyat üzrə BMT-nin İşçi Qrupunun əhatə dairəsinə daxil edilməyəcək.

"Far.Az"un məlumatına görə, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

"Bu, tamamilə doğrudur", - o, məsələ ilə bağlı suala cavabında bildirib.

Dujarrikin sözlərinə görə, qrup boğazdan gübrə və xammalın daşınmasını asanlaşdırmaq üçün mexanizmin hazırlanmasına diqqət yetirəcək.

O, təşəbbüsün uğurlu olacağı təqdirdə üzv ölkələr arasında etimadın yaradılmasına kömək edəcəyini və münaqişənin daha geniş diplomatik həllinə doğru addım olacağını vurğulayıb.

Qeyd edilir ki, qrupa BMT-nin Layihə Xidmətləri İdarəsinin direktoru Jorje Moreyra da Silva sədrlik edəcək. Qrupa həmçinin BMT-nin Ticarət və İnkişaf Konfransının, Beynəlxalq Dəniz Təşkilatının və Beynəlxalq Ticarət Palatasının nümayəndələri daxil olacaq.

Chosen
37
far.az

1Sources