EN

"Atamın ölməsi məni SEVİNDİRDİ"

Maqazin dünyasında son günlər Muammer Ketencinin soyuqqanlı açıqlaması böyük müzakirələr yaratdı.

Milli.Az xəbər verir ki, iştirak etdiyi bir proqramda və ya verdiyi müsahibədə söylədiyi qısa, lakin təsirli cümlə günlərdir danışılan müzakirənin fitilini yandırdı:

"Atam öldü, heç üzülmədim".

Bu sözlər studiyada buz kimi bir hava yaratdı, ekran qarşısındakı izləyicilər isə təəccüblərini gizlədə bilmədi. Çünki cəmiyyətin adət etdiyi duyğu itkini qarşılayarkən kədər, göz yaşı və yasdır, amma Muammer Ketencinin bu qədər açıq və soyuqqanlı görünən açıqlaması "cəsarət mi, sərtlik mi, yoxsa etiraf mı?" suallarını gündəmə gətirdi.

"Hər kəsin atası eyni ata deyil".

Ketenci sözlərinin yanlış anlaşılmasını istəmədiyini bildirərək, yaşadıqlarının göründüyü kimi olmadığını vurğuladı:
"Bəzi münasibətlər uzaqdan göründüyü kimi olmur. Hər kəsin atası eyni ata deyil," - deyərək keçmişdə yaşananlara incə bir işarə etdi.

Bu qısa, lakin təsirli cümlə əslində danışılmayan çox şeyi ifadə edirdi. Ketenci illər boyunca içində biriktirdiyi duyğuların tükəndiyini və buna görə də gözlənilən o böyük kədəri hiss etmədiyini qeyd etdi.

Sosial media iki yerə bölündü

Açıqlamanın ardından sosial media demək olar ki, qarışdı. Bir qisim istifadəçilər "Nə olursa olsun, atadır, belə deyilməz" deyə etirazlarını bildirdi. Digər tərəfdən, Ketencini müdafiə edənlər də oldu:

"Heç kim başqasının yaşadıqlarını bilməz", "Bəzi ağrılar zamanla hissizləşdirir", "Bu dürüstlük hər kəsin harcı deyil".

Bu sözlər sosial şəbəkədə minlərlə bəyənmə və müzakirəyə səbəb oldu və mövzu hələ də gündəmdə qalır.

Musa
Milli.Az

Chosen
10
2
milli.az

10Sources