EN

Turistlərin ən çox oğurluq halları ilə üzləşdiyi şəhərlər

Qlobal səviyyədə aparılan və 13 min rəyin təhlilinə əsaslanan araşdırmaya görə, turistlərə qarşı ən çox oğurluq hadisələrinin qeydə alındığı şəhərlərin siyahısı açıqlanıb.

Publika.az İspaniyanın “El Caso” nəşrinə istinadən xəbər verir ki, siyahıda Paris, Roma və Barselona ilk üçlükdə yer alır.

Belə ki, reytinqə əsasən, 16,5% göstərici ilə Fransanın paytaxtı Paris birinci pillədə, İtaliyanın paytaxtı Roma 10,7% göstərici ilə ikinci, İspaniyanın Barselona şəhəri isə 5,3% ilə üçüncü pillədə qərarlaşıb.

Chosen
52
publika.az

1Sources