"Bavariya"nın 18 yaşlı yarımmüdafiəçisi Lenart Karl Almaniya millisinin böyüklərdən ibarət komandasında İsveçrə ilə yoldaşlıq oyununda debüt edib.
Publika.az-ın məlumatına görə, matç Bazeldəki "Sankt-Yakob Park" stadionunda baş tutub və qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Karl meydana ikinci hissənin 63-cü dəqiqəsində Leroy Sanenin yerinə daxil olub. Həmin vaxt Almaniya yığması 3:2 hesabı ilə öndə idi.
"Sofascore" portalının məlumatına görə, gənc yarımmüdafiəçi oyununa görə 7,4 bal alıb.