EN

ABŞ quru qoşunlarına dəstək üçün bu təyyarələri də Yaxın Şərqə göndərdi

ABŞ Yaxın Şərqə ABŞ Dəniz Piyadaları Korpusunun dörd ədəd beşinci nəsil F-35C gizli qırıcı təyyarəsini yerləşdirib.

Musavat.com xəbər verir ki, bu, Military Air Tracking Alliance (MATA) məlumatında əksini tapıb.

Təyyarələr Kaliforniyadakı Miramar Dəniz Piyadaları Korpusunun Hava bazasından müvəqqəti olaraq yerləşdikləri Böyük Britaniyadakı Lakenheath Hərbi Hava Qüvvələri Bazasından Yaxın Şərqə yola düşüb.

ABŞ bu şaquli qalxma və eniş təyyarələrindən on ədədini Yaxın Şərqə yerləşdirməyi planlaşdırır. Onların ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasında son təyinat yeri məlum deyil.

The War Zone-a görə, bölgəyə yerləşdirilən F-35C qırıcıları Dəniz Ekspedisiya Batalyonunu gücləndirmək üçün vacib yaxın hava dəstəyi təmin edəcək.

ABŞ mediasının məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin üç amfibiya gəmisindən və 31-ci Dəniz Ekspedisiya Batalyonundan ibarət amfibiya hücum qrupu tezliklə CENTCOM-un məsuliyyət zonası olan Ərəbistan dənizinə çatacaq. Qrupun flaqman gəmisi olan USS Tripoli amfibiya hücum gəmisi 20 ədəd şaquli qalxma və eniş edən F-35B qırıcı təyyarəsi daşıyır. Qrupun iki gün ərzində Hörmüz boğazına çatması planlaşdırılır.

Musavat.com

 

 

Chosen
32
39
musavat.com

10Sources