EN

Aşağı kalorili qidalar həqiqətən arıqladırmı? – mütəxəssis izah edir

Endokrinoloqlar bildirir ki, arıqlamaq üçün yalnız aşağı kalorili qidalar yemək kifayət deyil. Mütəxəssislərin sözlərinə görə, düzgün nəticə əldə etmək üçün qidaların tərkibi və balansı da nəzərə alınmalıdır.

E-saglam.az xəbər verir ki, həkim vurğulayır ki, təkcə kalorini azaltmaq arıqlamağa zəmanət vermir. Qida rasionunda zülal, yağ və karbohidratların düzgün paylanması əsas rol oynayır və bu balans pozulduqda istənilən nəticə əldə olunmaya bilər.

Bundan əlavə, pəhriz toxluq hissinə, qan şəkəri və insulin səviyyəsinə birbaşa təsir edir. Yanlış qidalanma tez acmağa, enerji düşməsinə və nəticədə daha çox yeməyə səbəb ola bilər.

Mütəxəssislər qeyd edir ki, arıqlama prosesində əzələ kütləsinin qorunması da vacibdir. Yalnız kalorini azaltmaqla deyil, keyfiyyətli qidalar seçməklə daha sağlam və davamlı nəticə əldə etmək mümkündür.

Bu səbəbdən diyetoloqlar tövsiyə edir ki, pəhriz tərtib edərkən yalnız “nə qədər yeyirəm” sualına deyil, “nə yeyirəm” məsələsinə də diqqət yetirilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
17
e-saglam.az

1Sources