EN

ChatGPT ilə xərçəngə meydan oxudu - Nəticə heyrətləndirdi

Avstraliyada qeyri-adi tibbi yanaşma diqqət çəkib.

Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, İT sahibkarı Pol Koningem standart terapiyalar nəticə vermədikdən sonra iti Rozinin xərçəngini müalicə etmək üçün eksperimental mRNT peyvəndi hazırlayıb.

Məlumata görə, Koningem bu ideyanı müalicə variantlarını ChatGPT ilə müzakirə edərkən əldə edib. O, şişin DNT-sini ardıcıllıqla müəyyənləşdirərək sağlam hüceyrələrin genomu ilə müqayisə edib və immunoterapiya üçün hədəf ola biləcək mutasiyaları aşkar etmək məqsədilə süni intellekt alətlərindən istifadə edib.

Daha sonra sahibkar əldə olunan məlumatlar əsasında fərdiləşdirilmiş mRNT peyvəndinin hazırlanması üçün alimlərlə əməkdaşlığa başlayıb. Peyvənd tətbiq olunduqdan sonra Rozinin şişlərinin bir neçə həftə ərzində əhəmiyyətli dərəcədə kiçildiyi bildirilir. Bununla belə, heyvanın tam sağalmadığı qeyd olunur.

Hazırda Koningem və tədqiqatçılar qalan şişləri hədəf ala biləcək peyvəndin yeni versiyası üzərində işləyirlər.

Alimlər bu hadisənin hələ eksperimental xarakter daşıdığını vurğulayırlar. Bununla yanaşı, əldə edilən nəticələrin gələcəkdə insanlarda xərçəngin müalicəsində istifadə oluna biləcək fərdiləşdirilmiş mRNT peyvəndlərinin potensialını göstərdiyi bildirilir./modern.az

Chosen
29
13
turkustan.az

10Sources