EN

ABŞ üçüncü aviadaşıyıcısını İran sahillərinə göndərir

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin "George H.W. Bush" aviadaşıyıcısıYaxın Şərqdə İran əleyhinə əməliyyatda iştirak üçün göndəriləbilər.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, aviadaşıyıcı ABŞ-nin Yaxın Şərq və Asiyadakıəməliyyatlarına cavabdeh olan Mərkəzi Komandanlıq zonasındayerləşdiriləcək. Mənbələr əməliyyatın məhz İrana qarşı olduğunuqeyd ediblər.

Həmçinin, mənbələr bildiriblər ki, gəmi mart ayının əvvəllərindəböyük hərbi əməliyyatlarda iştirak üçün lazım olan hazırlığıtamamlayıb.

ABŞ artıq Yaxın Şərqə "Donald Cook" və "Mason" gəmilərini dəgöndərib, onlar bu həftə Florida ərazisini tərk ediblər.

Qeyd edək ki, ABŞ-nin bu əməliyyatında daha əvvəl ikiaviadaşıyıcı – "Abraham Lincoln" və "Gerald R. Ford" iştirak edib.12 mart tarixində "Gerald R. Ford" gəmisində yanğın baş verib və o,23 martda təmir üçün Yunanıstanın Krit adasında yerləşən hərbidəniz bazasına aparılıb.

Məqalədə:
Chosen
26
2
az.trend.az

3Sources