“Layiqli qələbə qazandıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının üzvü Toral Bayramov “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib.
Futbolçu matçla bağlı fikirlərini bölüşüb: “Komanda olaraq yaxşı hazırlaşmışdıq. Böyük hesablı qələbə qazandıq. Millimizin tarixində rekord nəticə qeydə alındı. Sevincliyik. Çalışacağıq ki, oyunumuzu daha da yaxşılaşdıraq.
Meydança ilk hissədə normal olsa da, ikinci yarıda yağışın güclənməsi səbəbindən vəziyyət dəyişdi. Penalti epizoduna gəldikdə isə düşünürəm ki, orada penalti yox idi. Hər ikimiz mübarizə aparırdıq”.
Qeyd edək ki, komandanın qollarını 2-ci dəqiqədə penaltidən Emin Mahmudov, 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə isə Rüstəm Əhmədzadə vurublar.