EN

Yəmən yenidən İsrailə raket atdı

ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə tam bir ay geridə qalarkən, Yəmən yenidən İsrailə raket atdı.

"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusu Yəməndən ölkə ərazilərinə doğru bir raketin atıldığını təsbit etdiklərini açıqlayıb:

 “Yəməndən İsrail torpaqlarına doğru bir raketin fırlatıldığı təsbit edilmişdir. Hava hücumundan müdafiə sistemləri təhdidi dəf etmək üçün işə düşmüşdür”.

Digər tərəfdən, bir gün əvvəl İranın Tel-Əvivə təxminən beş saat ərzində ən azı beş dalğa halında raket hücumu təşkil etdiyi bildirilmiş, bu hücumlar zamanı hava hücumundan müdafiə sistemləri işə düşmüş və cümə gecəsindən şənbə səhərinə qədər xəbərdarlıq sirenləri çalmışdı.

ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə bir ay geridə qalarkən, İran Körfəzdəki ABŞ bazalarına qisas hücumları həyata keçirirdi. 

Yəməndəki İran tərəfindən dəstəklənən husilər isə indiyə qədər müharibəyə daxil olmamışdılar.

Yəməndəki İran tərəfindən dəstəklənən husilər dünən axşam etdikləri açıqlamada, hər hansı bir ittifaqın ABŞ və ya İsrail ilə birlikdə İrana qarşı müharibəyə qoşulması və ya Qırmızı dənizin bu məqsədlə istifadə edilməsi halında birbaşa hərbi müdaxilə edəcəklərini bəyan etmişdilər.

Chosen
38
cebheinfo.az

1Sources