EN

Azərbaycan nefti bahalaşdı: "Azeri Light" 124 dolları keçdi

Dünya enerji bazarlarında qiymət artımı fonunda "Azeri Light" markalı neftin dəyəri yüksəlməkdə davam edir.

BAKU.WS xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,99 dollar və ya 2,5% artaraq 124,24 ABŞ dollarına çatıb. Bununla da əvvəlki 121,25 dollarlıq göstərici geridə qalıb.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində Azeri Light üçün bir barel üzrə orta qiymət 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Bu isə hazırkı qiymətlərin büdcə proqnozunu əhəmiyyətli dərəcədə üstələdiyini göstərir.

Chosen
12
far.az

1Sources