EN

Foden “Mançester Siti”dən ayrılır

“Mançester Siti”nin heyətində ciddi narazılıq yaranıb.

İdmanxeber.az xəbər verir ki, komandanın yetirməsi olan Fil Foden yay transfer pəncərəsində klubdan ayrılmağa hazırlaşır.

“Football Insider” nəşrinin yaydığı məlumata görə, 25 yaşlı yarımmüdafiəçi son vaxtlar oyun müddətinin azlığından ciddi şəkildə narazıdır. Baş məşqçi Pep Qvardiolanın son 5 qarşılaşmanın 4-də ingiltərəli ulduzu ehtiyat oyunçular skamyasında oturtması tərəflər arasında gərginliyi artırıb.

Əgər yaxın aylarda yeni müqavilə şərtləri ilə bağlı ortaq məxrəcə gəlinməsə, Foden Avropanın digər nəhəng klublarından birinə keçməyə çalışacaq. Hazırda bir neçə top-klub futbolçunun vəziyyətini yaxından izləyir.

Chosen
36
2
idmanxeber.az

3Sources