EN

Həm faydalı, həm zərərli... Magnoliopsida yerli bitki növlərini sıxışdırıb, ekoloji tarazlığı poza bilir Video

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Magnoliopsida, ənənəvi bitki təsnifatında ikiçiçəklilər sinfinə aid bir çiçəkdir. Bu qrupa daxil olan bitkilərin toxumlarında iki rüşeym yarpağı olur ki, bu da onların təkçiçəklilərdən əsas fərqidir.

Magnoliopsida üzvlərinin kök sistemi çox vaxt əsas kök və yan köklərdən ibarət olan milkök sistemi ilə xarakterizə olunur. Yarpaqlar adətən torvari damar şəbəkəsinə malikdir, bu da onların daha mürəkkəb quruluşlu olmasını təmin edir. Bu sinfə daxil olan bitkilər müxtəlif ekosistemlərdə — meşələrdə, çöllərdə, kənd təsərrüfatı sahələrində geniş yayılmışdır.

Magnoliopsida bitkiləri iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir. Onlar ərzaq, tekstil, dərman və toxum sənayesində istifadə olunur. Məsələn; alma, portağal, çay, pambıq və çiçəklər bu qrupa daxildir. İqlim və torpaq şəraitinə uyğunlaşma qabiliyyəti bu bitkilərin qlobal miqyasda çoxşaxəli yayılmasını təmin etmişdir.

Bu sinfə aid bəzi bitkilər zəhərli ola bilər. Düzgün istifadə edilmədikdə insan və heyvan sağlamlığı üçün təhlükə yaradır. Bəzi növlər allergik reaksiyalara səbəb olan polenlər ifraz edir.

Magnoliopsida bitkiləri yerli bitki növlərini sıxışdıraraq ekoloji tarazlığı poza bilər. Kənd təsərrüfatında bəzi alaq otları məhsuldarlığı azaldaraq iqtisadi zərərə səbəb ola bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
bizimyol.info

1Sources