EN

"Roma"nın müdafiəçisi Braziliya millisində zədələndi

"Roma"nın müdafiəçisi Uesli sıradan çıxıb.

Sportal.az xəbər verir ki, futbolçu Braziliya milli komandasının Fransa ilə keçirdiyi yoldaşlıq oyununda (1:2) zədələnib. 

22 yaşlı sağ cinah müdafiəçisi 71-ci dəqiqədə ayaq əzələləsindən zədə alıb. O, yığmanın düşərgəsini tərk edib və müalicə olunmaq üçün İtaliyaya yollanıb.

Qeyd edək ki, "Roma" Ueslini mövsümün əvvəlində "Flamenqo"dan 25 milyon avroya transfer edib. Futbolçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
25
sportal.az

1Sources