EN

Dağıstanda insanları və maşınları su apardı - VİDEO

Dağıstanda güclü yağış səbəbindən dəmir yolu körpüsü uçub.

Azreform.info -ın məlumatına görə, Xasavyurt meri Korqoli Korqoliyev şənbə günü özünün Telegram kanalında bu barədə məlumat verib.

"Yarık-Su çayının daşması səbəbindən yolda və çayın üzərindəki piyada körpülərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyduq. Dəmir yolu körpüsünün uçduğu ərazidəki vəziyyət daim nəzarətdə saxlanılır", - deyə o yazıb.

Korqoliyev bütün zəruri xidmətlərin yerində olduğunu qeyd edərək sakinləri ehtiyatlı olmağa çağırıb.

Daha əvvəl Mahaçqala administrasiyasının mətbuat xidməti şəhərdə fövqəladə vəziyyət elan edildiyini və şiddətli hava şəraitinin nəticələrinin aradan qaldırılması üçün yardım işlərinin aparıldığını bildirmişdi. Respublikanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər sakinləri su basmış ərazilərdən təxliyə edirlər.

                            

Güclü yağışlar Dağıstanın 16 rayonunda elektrik yarımstansiyalarının su basmasına və elektrik kəsintilərinə səbəb olduğu bildirilir. Elektrik xətlərində qısaqapanma səbəbindən Dağıstanın səkkiz rayonunda 132 kənddə elektrik kəsintiləri baş verib. Bundan əlavə, Mahaçqalada və respublikanın digər şəhərlərində bir neçə küçə və iyirmi iki fərdi ev su altında qalıb.

Xilasedicilər daha əvvəl 27-29 mart tarixlərində Dağıstanda yağış və güclü külək olacağı barədə xəbərdarlıq etmişdilər.

Chosen
31
7
azreform.info

10Sources