EN

Yol kənarında dayanan piyadanı vurdu, özü də yaralandı FOTO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, şəhərin V. Xuluflu və Ş.İ. Xətai prospektinin kəsişməsində “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə “KİA” idarəetmədən çıxaraq yolun kənarında olan piyada 1985-ci il təvəllüdlü Nəsibə Alıhüseynlini vurub.

Hadisə zamanı “KİA”nın sürücüsü 1991 ci il təvəllüdlü Elnarə Şahbazova və piyada xəsarət alıb. Yaralılar  xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
2
avtosfer.az

3Sources