EN

Sumqayıtda yol polisi çətin vəziyyətdə qalan sürücülərin köməyinə çatdı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

İki gündür paytaxta və digər bölgələrə yağan intensiv yağışlar nəticəsində şəhər və ətraf ərazilərdə yol hərəkətində ciddi sıxlıq yaranıb.

Müşahidə olunan vəziyyətə görə, bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti çətinləşib, bəzi ərazilərdə isə yağış sularının yollarda toplanması sürücülər üçün əlavə çətinliklər yaradıb.

Avtosfer.az xəbər verir ki, oxşar vəziyyət bölgələrdə də müşahidə olunur. Xüsusilə Sumqayıt şəhərində yolların keçid qabiliyyəti zəifləyib, nəqliyyatın hərəkətində ləngimələr və xaotik durum yaranıb.Buna baxmayaraq, yol polisi əməkdaşları çətin hava şəraitində xidmətlərini davam etdirirlər. Onlar yollarda hərəkətin tənzimlənməsi, sıxlığın azaldılması və sürücülərin təhlükəsiz şəkildə mənzil başına çatması üçün zəruri tədbirlər görür, eyni zamanda ehtiyacı olan sürücülərə yerində köməklik göstərirlər.

Eltac

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
avtosfer.az

1Sources