EN

BMT İranda qaçqınlara yardım üçün 80 milyon dollar toplamağa çağırır

Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda təxminən iki milyon qaçqına təcili humanitar yardım göstərilməsi məqsədilə 80 milyon ABŞ dolları məbləğində vəsaitin toplanması üçün çağırış edib.

AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı-nın sözçüsü Babar Baluş Cenevrədə keçirilən brifinqdə məlumat verib. BMT rəsmisi bildirib ki, regionda son dövrlərdə baş verən eskalasiya İranda yaşayan qaçqınlar və onları qəbul edən icmalar üçün vəziyyəti daha da çətinləşdirib. Onun sözlərinə görə, qaçqınlar təhlükəsizlik, psixoloji problemlər, iş yerlərinin itirilməsi və təcili mənzil ehtiyacı kimi ciddi çətinliklərlə üz-üzə qalıblar.

Qeyd olunub ki, humanitar təşkilatlar tərəfindən hazırlanmış təcili müdaxilə planı 1,8 milyon qaçqının (o cümlədən əfqanların) və münaqişədən təsirlənmiş bir milyon yerli icma üzvünün dəstəklənməsini nəzərdə tutur.

Bildirilib ki, yardım kampaniyasının məqsədi cari ilin mart–may ayları ərzində yaranmış təcili humanitar ehtiyacların qarşılanması üçün zəruri maliyyə vəsaitinin toplanmasıdır.

Məlumata görə, İran hazırda dünyada ən çox qaçqın qəbul edən ölkədir. Burada, rəsmi məlumatlara əsasən, 4,5 milyona yaxın əfqan və yüz minlərlə iraqlı yaşayır.

BMT sözçüsü vurğulayıb ki, münaqişə milli sosial sistemlərə də ciddi təsir göstərir və humanitar ehtiyaclar getdikcə artır. O əlavə edib ki, İranda yaşayan əfqan qaçqınların əksəriyyəti şəhərlərdə məskunlaşıb və hər gün minlərlə insan yardım üçün müraciət edir.

AzPost.az

Chosen
13
4
azpost.info

5Sources