EN

Xoselu qayıdır

Madridin "Real" klubunun keçmiş hücumçusu Xoselu Avropaya qayıda bilər.

"Yeni Sabah" xəbər verir ki, İspaniya millisinin sabiq forvardı ilə bir neçə komanda maraqlanır.

Onun hazırda çıxış etdiyi Qətərin "Əl-Qarafa" klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır.

Vaxtilə "Real"ın heyətində UEFA Çempionlar Liqasının qalibi olan Xoselu karyerasının növbəti mərhələsi ilə bağlı yaxın həftələrdə qərar verəcək. O, cari mövsümdə "Əl-Qarafa"nın heyətində bütün yarışlarda 22 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə verib./Oxu.az


Telegram kanalımız
Chosen
36
5
yenisabah.az

6Sources