EN

SEPAH: ABŞ-nin MQ-9 dronu və F-16 təyyarəsi hava məkanımızda vurulub

İranın İslam İnqilabı Keşikçiləri Şurası (SEPAH) ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını və F-16 qırıcısını vurduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın Telegram kanalındakı məlumatda deyilir.

"SEPAH-ın hava hücumundan müdafiə qüvvələri Şiraz səmasında ABŞ-nin strateji MQ9 pilotsuz uçuş aparatını vurub. Həmçinin ABŞ-nin "F16" qırıcısı Fars əyalətinin cənubunda vurulub və Səudiyyə Ərəbistanının hava limanlarından birinə enmədən əvvəl məhv edilib", - məlumatda qeyd olunub.

Chosen
2
5
far.az

5Sources