EN

AÇ-2027: Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu

Azərbaycanın U-19 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirib.

Fanat.Az xəbər verir ki, İlham Yadullayevin baş məşqçilik etdiyi komanda Şimali İrlandiya ilə qarşılaşıb.

B Liqasının 6-cı qrupunun matçı millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığmamızın yeganə qolunu matçın 25-ci dəqiqəsində Tuncay Əhmədov vurub.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Litvaya uduzub - 0:4.

Chosen
26
5
fanat.az

6Sources