EN

Azərbaycanda makaron istehsalı bir qədər də artıb

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 2 min 531,8 ton makaron istehsal olunub.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% artım deməkdir.

1 mart 2026-cı il tarixində müəssisələrdə anbarlarda 150 ton hazır məhsul var idi.

Bundan öncə açıqlanan statistikaya əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 8 min 792,7 ton makaron məmulatları istehsal edilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə çoxdur.

Avqustun 1-nə ölkədə 127,7 ton hazır məhsul ehtiyatı yaranmışdı.

Chosen
15
1
olke.az

2Sources