EN

İran Əbu-Dabidə aluminum zavoduna zərbələr endirib: Yaralananlar var

İran "Emirates Global Aluminum" şirkətinin Əbu-Dabidəki zavoduna zərbələr endirib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "Emirates Global Aluminum" şirkəti məlumat yayıb.

Şirkət İranın raket və dron hücumları nəticəsində Əbu-Dabidəki Əl-Tavilah zavoduna ciddi ziyan dəydiyini bildirib.

Məlumata görə, hücum nəticəsində bir neçə işçi yaralanıb.

Qeyd edək ki, müəssisədə böyük bir alüminium əritmə zavodu və alüminium emalı kompleksi yerləşir.

"Cebheinfo.az"

Chosen
22
6
cebheinfo.az

9Sources