Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "HOVA" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.