Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hovo" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Qəza zamanı 3 nəfər ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov