Kəlbəcər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində üç nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda fakt araşdırılır və yol qəzasında dünyasını dəyişənlərin kimliyi dəqiqləşdirilir./Report