EN

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölənlər var

Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Ölkə.az" oxu.az-a istinadla bildirir ki, hadisə "HOWO" markalı yük avtomobilinin idarəetmədən çıxması nəticəsində baş verib.

Qəza nəticəsində üç nəfər hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
33
10
olke.az

8Sources